Xızıda avtomobil aşdı, ölən var
Bizi izləyin

Qırmızı.az

Xızıda avtomobil aşdı, ölən var

Xızı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, martın 10-da saat 21 radələrində Xızı rayonu Tıxlı kəndinin ərazisində Salyan şəhər sakini Müslüm Hüseynov idarə etdiyi "VAZ-2106" markalı avtomobili aşırıb.

M.Hüseynov hadisə yerində ölüb. Onun sərnişinləri - Abşeron rayon sakini Fəxri Tağıyev, Ruslan Həşimov və Sumqayıt şəhər sakini Ramil Rzayev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm