Nazirlik sağlamlıq imkanları məhdud gənclərin sərgisini keçirir
Bizi izləyin

Qırmızı.az

Nazirlik sağlamlıq imkanları məhdud gənclərin sərgisini keçirir

Paytaxtda sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə təlimində olan gənclərin əl işlərindən ibarət sərgi keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, ƏƏSM-in sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində ayrı-ayrı incəsənət növləri üzrə peşə təlimində olan gənclərin əl işlərindən ibarət “Gənclərin incəsənət sevgisi” adlı sərginin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, əlil ictimai birliklərinin nümayəndələri, sənətsevərlər iştirak edib.

Tədbirdə bildirilib ki, 2014-cü ilin dekabrında prezident İlham Əliyevin iştirakı ilə açılışı olan ƏƏSMN-nin Sağlamlıq imkanları məhdud gənclər üçün Peşə Reabilitasiya Mərkəzi ölkəmizdə əlilliyi olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına, onların məşğulluğunun dəstəklənməsinə prezident qayğısının növbəti təsdiqi olub.

Mərkəzdə peşə təlimində olan gənclərin əl işlərindən ibarət sərgilərin təşkili də diqqətdə saxlanılır. Hazırda keçirilən “Gənclərin incəsənət sevgisi” adlı sərgi də bu istiqamətdə növbəti tədbirlərdən biridir.

Daha sonra sərgidə təqdim olunan əl işlərinə baxış olub. Sərgidə mərkəzdə xalçaçılıq, toxuma, rəssamlıq, ağac üzərində oyma üzrə hazırlıq kurslarında təlimdə olan 10 nəfər sağlamlıq imkanları məhdud gəncin, eləcə də mərkəzdə kursları artıq başa vurmuş ayrı-ayrı gənclərin 100-dən çox əl işi təqdim olunur.

Sərgi iyulun 31-də də davam edəcək.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm