“Doğru olan düşündüklərimizdir”
Bizi izləyin

Qırmızı.az

“Doğru olan düşündüklərimizdir”

“Post” kəlməsi ingiliscədən tərcümədə “sonra” deməkdir. Postmodernizm isə “Modernizm sonrası” anlamına gəlir. Bu baxımdan, postmodernizm həm bir tarixi dönəm, həm də bir düşüncə sistemi adlanır.

Postmodernizmin nə olduğunu anlamaq üçün öncə modernizmin nə olduğunun açıqlanması lazımdır. Modernizm cəmiyyət proektinin adıdır.

Kilsənin və feodalizmin min illik hakimiyyətinə son verən burjuaziya, azadlıq və qardaşlıq prinsipləri ilə tarix səhnəsinə çıxmışdır. Burjuaziya həqiqətən bu prinsipləri gerçəkləşdirəcəyini düşünmüşdü. Ağıl, texnika və sənət sahəsində irəliləmələrlə insanlığın davamlı olaraq qabağa gedəcəyi və azad olacağı düşünülürdü.

Ancaq modernləşmə hədəflərinə çata bilmədi. Bu səbəbdən aydınlanma və modernləşmə tənqid edilməyə başlandı. İki filosof bu işi yerinə yetirirdi: Marks və Nitşe.

Marks, aydınlanmanın əsas yanlarına (ağılın genişləndirilməsi, inanc yerinə bilgi və b.) sahib çıxarkən, aydınlanmanın sərhədlərini ortaya qoydu: özəl mülkiyyət, bərabərlik, azadlıq və qardaşlıq prinsipləri ilə ziddiyyətlidir. Humanizmi və azadlığı gətirəcək sistem sosializmdir.

Nitşe isə belə hesab edirdi ki, irəliləmə yalnız modern bir düşüncədir, ancaq yanlış bir yoldur. O, modernləşmənin təməl prinsiplərinə qarşı çıxmışdı. Nitşe həm sol, həm də sağda yer alan bir filosofdur.

Deyilənə görə, postmodernizm Amerikadan qaynaqlanıb. Amma bu doğru deyildir. Postmodernist düşüncənin yarandığı yer Fransadır. Postmodernizm 1970-ci illərdə Fransada öz əsasını qoymuşdur. 1968-ci ilin may ayından sonra işçi sinifi və şagird hərəkətinin iflasa uğraması nəticəsində müəyyən hadisələr baş vermişdir. Belə ki, fransız aydınları kütlə halında sol düşüncədən uzaqlaşmışlar.

Postmodernizmin babası olan Jan Francois Lyotardın bir fransız aydını olması təsadüfü hal deyil. Lyotard “Ya sosializm ya da barbarlıq” adlı dərgi çıxaran bir sosialist idi. Sonra o, öz baxış tərəfindən üz döndərdi.

Postmodernizm Fransadan başlayıb 80 və 90-cı illərdə İngiltərə və Amerikaya yayılmışdır. Amerikadakı təmsilçilərindən biri Riçard Rortydir.

Cəmiyyətin əsas prinsiplərindən biri mövcud vəziyyəti yaxşı anlamaqdır. Postmodernist düşüncə insanı, mövcud durumu başa düşülməyəcək hala gətirir.
Dəyişməyə qarşı olanlar, gərçəkliyin ortaya çıxmasını və qavranmasını istəməzlər. Bu səbəblə postmodernistlərin ilk işləri həqiqəti meydana gətirən düşüncə sistemlərinə hücum etməkdir.

Postmodernizmin bəzi önəmli özəllikləri aşağıdakılardır:

1. İçimizdəki həqiqəti anlaya bilmərik.

2. Kainat gerçəkləri yoxdur.

3. Bütünlük anlayışı yanlışdır.

4. Hər şey keçicidir, dünən doğru olan bugün səhvdir. Bugün doğru olan isə sabah yanlış olacaqdır. Bu səbəblə insan heç bir zaman doğruya və həqiqətə çata bilməyəcəkdir.

5. Cəmiyyətdəki bütün dəyərlər tarix olaraq qalır.

6. Doğru olan düşündüklərimizdir.

Postmodernistlər ədəbiyyatda olmayan yeniliklərə (cinsəl həyat, dil, etnik millət, mədəniyyət və b.) müraciət etmişlər.

Postmodernizm həm radikal, həm də mühafizəkardır. Sistemi dəyişdirmə sahəsinə mühafizəkar hesab olunur. Siyasi baxımdan müxalif, iqtisadi baxımdan ortaq işçidir.

Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm