Bu gün ana dili və əlifbası günüdür
Bizi izləyin

Qırmızı.az

Bu gün ana dili və əlifbası günüdür

1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür.

Publika.az xəbər verir ki, bu gün barədə Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanında qeyd olunub. 2001-ci ilin həmin günündən etibarən ölkəmizdə kiril qrafikasından latın qrafikalı Azərbaycan əlifbasına keçilib.

XVI əsrdə Azərbaycan Səfəvilər hakimiyyəti dövründə, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycan dili rəsmi dövlət dili elan edilsə də, real tarixi şərait üzündən uzunömürlü ola bilmədi. Sonralar sovet hakimiyyəti dövründə, konkret olaraq 1956-cı ildə Azərbaycan Ali Sovetinin qərarı ilə 1937-ci ildə qəbul olunmuş Konstitusiyaya Azərbaycan dilini dövlət dili kimi elan edən maddə daxil olundu. Lakin bu maddənin tətbiqində problemlər var idi. SSRİ rəhbərliyinin ciddi narazılıq və etirazına baxmayaraq,H.Əliyevin səyi nəticəsində 1978-ci ildə qəbul olunan Azərbaycan sovet Konstitusiyasına Azərbaycan dilinin Dövlət dili olduğunu təsbit edən maddə daxil edildi.

“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında”, “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” və digər Sərəncamlar dilimizə olan diqqətin göstəricisidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm