Nazirlik xəbərdarlıq edir: çölə çıxmayın
Bizi izləyin

Qırmızı.az

Nazirlik xəbərdarlıq edir: çölə çıxmayın

Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Gündüz cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Məlumatda bildirilib ki, havanın temperaturu gecə 24-27, gündüz 35-40 dərəcə isti olacaq.

Bölgələrdə də avqustun 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.

Avqustun 5-dək Bakıda və Abşeron yarımadasında gözlənilən anomal isti hava şəraiti və kəskin isti temperatur diskomfortu əksər insanlar üçün əlverişsiz, meteohəssas insanlar üçün isə xüsusilə əlverişsiz olacaq. Uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm