• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Nazirlik özəl klinikalarda bu xidmətləri ləğv etdi - SİYAHI

Nazirlik özəl klinikalarda bu xidmətləri ləğv etdi - SİYAHI

Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinda apardığı yoxlamalar zamanı qanunun tələblərinin pozulması faktları aşkarlayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə,bu ilin 6 ayı ərzində keçirilmiş planlı (8 müəssisə) və plandankənar (19 müəssisə) yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrində ciddi qanun pozuntuları aşkar edilib. Bir sıra sahibkarlıq subyektləri barəsində inzibati-məcburedici tədbirlər görülüb.

Aparılan yoxlamalar zamanı "VİP Dental" Stomatoloji klinikasının (27.01.2015 13.05.2015), "Loğman Klinikası" MMC (30.03.2015 22.04.2015),"İnvitro" Klinikası (30.03.2015 18.06.2015) müəyyən müddətdə fəaliyyəti dayandırılıb, "Starmed”, HƏYAT və "Nihat Klinikası" fəaliyyətinin dayandırılması ilə bağlı qərar hələ də qüvvədədir.

Bəzi özəl tibb müəssisələrinə verilmiş xüsusi razılığın (lisenziyanın) əlavəsindən stasionar xidmət tam çıxarılaraq yalnız poliklinik xidmət saxlanılıb. Həmin klinikalar "Zaman” Tibb Mərkəzi, "Assmed" Klinikası və "Medservis" özəl tibb mərkəzidir.

Aparılan yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrinə verilmiş xüsusi razılığın (lisenziyanın) əlavəsindən qeyd edilən xidmət və işlər çıxarılıb.

"Uroloji Mərkəz. Kamal Abdullayevin Klinikası"nda stasionar tibbi xidmət üzrə: Terapevtik, kardioloji, plastik cərrahi, uşaq cərrahi, ginekoloji və pediatrik işlər Ambulator tibbi xidmət üzrə: terapevtik, plastik cərrahi, uşaq cərrahi və pediatrik işlər, "Azər-Türk Med" Klinikasında stasionar tibbi xidmət üzrə: Terapevtik, pulmonoloji, diyetoloji, qastroenteroloji, allerqoloji, immunoloji, nevropatoloji, psixiatrik, dermatoloji, kosmetaloji, ümumi cərrahi, plastik cərrahi, uşaq cərrahi, pediatrik və otorinolarinqoloji işlər Ambulator tibbi xidmət üzrə: Terapevtik, pulmonoloji, diyetoloji, qastroenteroloji, allerqoloji, immunoloji, nevropatoloji, psixiatrik, dermatoloji, kosmetaloji, ümumi cərrahi, plastik cərrahi, uşaq cərrahi, terapevtik stomatoloji, ortopedik stomatoloji, pediatrik, otorinolarinqoloji, genetik, mikrobioloji, və immunogenetik laboratoriya üzrə işlər xidmətdən çıxarılıb.

Bundan başqa, "Zaman Tibb Mərkəzi" ndə ambulator tibbi xidmət üzrə: pediatrik, nevropatoloji, terapevtik stomatoloji, oftalmoloji, otorinolarinqoloji, ultrasəs müayinəsi, klinik, klinik biokimyəvi laboratoriya işləri, "Assmed" klinikasında ambulator tibbi xidmət üzrə: ginekoloji işi, "Medservis" Özəl Tibb Mərkəzində ambulator tibbi xidmət üzrə: Hematoloji, nevropatoloji və uroloji işlər. Səyyar tibb xidməti üzrə: Terapevtik, kardioloji, hematoloji, nevropatoloji, dermatoloji, uroloji, ginekoloji, pediatrik və ultrasəs müayinəsi işi xidmətlərinin göstərilməsi qadağan edilib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR