"Heydər Əliyevin dediyi kimi, gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir"
Bizi izləyin

Qırmızı.az

"Heydər Əliyevin dediyi kimi, gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir"

Ukraynanın Dövlət Fiskal Xidməti sədrinin müavini Konstantin Likarçuk “Qolos Stolitsı” radiosuna müsahibəsində rəhbərlik etdiyi gömrük orqanlarının statusundan və fəaliyyət istiqamətlərindən danışarkən Azərbaycandakı gömrük siyasəti və ümummilli lider Heydər Əliyevin bu sahəyə yüksək münasibətinə də toxunub.

Publika.az xəbər verir ki, Ukrayna və Avropa gömrük orqanları arasındakı fərq barədə sualı cavablandırarkən Konstantin Likarçuk Azərbaycan gömrük xidmətinin nümayəndələri ilə görüşü zamanı maraqlı fikir öyrəndiyini diqqətə çatdırıb.

"Azərbaycan gömrükçüləri ilə görüşdə öyrəndim ki, Azərbaycan Prezidenti olmuş Heydər Əliyev gömrüyün hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biri olduğunu deyib. Odur ki, dövlətin öz gömrüyünə bəslədiyi münasibət xeyli dərəcədə onun öz suverenliyinə bəslədiyi münasibətdən asılıdır", - deyə o qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm