Heydər Əliyev prospekti bağlanır
Bizi izləyin

Qırmızı.az

Heydər Əliyev prospekti bağlanır

Heydər Əliyev prospekti yan yollarda hərəkət məhdudlaşdırılır.

Bu barədə Publika.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, “Azəryolservis” ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir. Bu gün saat 22:00-dan səhər saat 05:00-dək Heydər Əliyev prospekti yan yollarda, prospektin Heydər Əliyev Mərkəzinin qarşısından “Böyük Şor”yol qovşağınadək olan hissəsində hər iki hərəkət istiqaməti üzrəyolda üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu səbəbdən göstərilən müddət ərzində prospektin yan yollarında nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Sürücülər Heydər Əliyev prospektinin əsas yolundan istifadə etməklə hərəkətlərinə maneəsiz şəkildə davam edə biləcəklər.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir və müvəqqəti narahatçılığa görə üzr istəyir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm