ASAN könüllülərinə təlim keçirilib – FOTO
Bizi izləyin

Qırmızı.az

ASAN könüllülərinə təlim keçirilib – FOTO

Bu gün "ASAN Kadr" Karyera Mərkəzi və Prosperium Biznes Təlim Mərkəzi əməkdaşlığı çərçivəsində “Bank əməliyyatları: qanunvericilik əsası və praktiki nümunələr” adlı seminar təşkil olunub.

Publika.az xəbər verir ki, Mərkəzi Bankın əməkdaşı Şəhriyar Əhmədov tərəfindən keçirilən seminarda banklarda hesab açılması, kredit və depozit əməliyyatları, eləcə də müasir bank xidmətləri və valyuta rejimi kimi mövzular əhatə olunub.

Təlimin sonunda iştirakçılar arasında mövzu üzrə sınaq imtahanı keçirilib. İmtahan nəticəsi olaraq Prosperium tərəfindən ilk 3 yeri tutmuş gəncə xüsusi endirimlər təklif olunacaq.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm