• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bu gun hansı yol bağlanacaq?

Bu gun hansı yol bağlanacaq?

Bu gecə Yusif Səfərov küçəsində hərəkət məhdudlaşdırılacaq.

Publika.az xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

Bu gün saat 22:00-dan səhər saat 05:00-dək Yusif Səfərov küçəsində hər iki hərəkət istiqaməti üzrə yolda üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində küçənin Heydər Əliyev və Babək prospektləri ilə kəsişməsindən, Cavanşir körpüsünə qədər və əks istiqamətdə olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən göstərilən müddət ərzində alternativ yollardan istifadə etməyi tövsiyyə edir və müvəqqəti narahatçılığa görə üzr istəyir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR