Güney azərbaycanlı jurnalist vəfat etdi
Bizi izləyin

Qırmızı.az

Güney azərbaycanlı jurnalist vəfat etdi

Güney azərbaycanlı jurnalist vəfat etdi

Uzun illərdən bəri Azərbaycan Dövlət Teleradiosunun Güney Azərbaycan redaksiyasının aparıcı simalarından olan, əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan, məşhur jurnalist və Bütöv Azərbaycan mübarizəsinin dəyərli ziyalısı Səid Seidi (Zəncanlı) 08.03.2014-ci il tarixində 55 yaşında ürək tutmasından Bakıda vəfat edib.

Bu ağır itki təkcə Səid bəyin ailəsini deyil, bütün dünaya azərbaycanlılarını kədərləndirdi.1959-ci ildə Zəncan şəhərində dünyaya gələn Səid Zəncanlı ömrünün ən səmərəli illərini vətəninə və milltinin azadlığına sərf etməklə yanaşı, 30 ilə yaxın Azərbaycan Teleradiosunda Bütöv Azərbaycanın mədəniyyətini və tarixini əks etdirən minlərlə verlişlər hazırlamış və bütün dünyaya yayıb.

Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamenti bu ağır itki ilə bağlı Səid bəyin ailəsinə, yaxınlarına və bütün dünya azərbaycanlılarına başsağlıqı verir, mərhumu ailəsinə səbr diləyir.

Baymedia.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm