Qırmızı.az
Yol Polisindən XƏBƏRDARLIQ: "İstidə maşın sürməyin!"
Respublika Baş Dövlət Yol Polisi İdarəsi havaların isti
keçməsilə əlaqədar sürücülərə növbəti dəfə müraciət
edib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, sürücülərə soyuducu sistemi olmayan avtomobillərdən günün isti vaxtlarında mümkün qədər istifadə etməmək tövsiyə olunur. İdarə rəsmisinin sözlərinə görə, kondisionersiz avtomobillərlə yay aylarında törədilən yol qəzalarının əksəriyyəti günorta saatlarında baş verir:
“Günorta vaxtlarında qeydə alınan yol nəqliyyat hadisələri məhz
günün qızmar vaxtlarına təsadüf edir. İsti hava, eləcə də havada
olan müxtəlif qazlar sürücüyə həm psixoloji, həm də fizioloji təsir
edir. Son günlərdə hava temperaturunun ölkə boyu yüksək olmasını
nəzərə alaraq nisbətən uzaq məsafədə yola çıxan sürücülərindən
kondisioneri olmayan avtomobillərdən saat 12.00-dən 18.00-dək
mümükün qədər az istifadə etmələri və soyuducu sistemlə təchiz
olunmuş ictimai nəqliyyat vasitələrinə üstünlük vermələri xahiş
olunur”.
Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından da isti havada avtomobil idarə etməmək tövsiyə edilib. Belə ki, isti havada insanlarda qan qatılaşması zamanı tromb yaranır. Bu da insanda infark, insult və digər xəstəliklərə yol açır və sürücünün idarəetmə qabiliyyətini itirməsinə səbəb olur. İstidən insanın görməsi də pisləşir.
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...