• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Sabah 43 dərəcə isti olacaq

Sabah 43 dərəcə isti olacaq

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 43 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 4-də hava günəşli olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-27, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR