Diaspor Komitəsindən Vaqif Nağıyevə DƏSTƏK
Bizi izləyin

Qırmızı.az

Diaspor Komitəsindən Vaqif Nağıyevə DƏSTƏK

“Ukraynadakı azərbaycanlı icması hazırda Xarkovda yaşayan və bu ölkədə keçirilən şou yarışmasına qatılan əslən Bakıdan olan 18 yaşlı Vaqif Nağıyevə bütün lazımi dəstəyi verəcək”.

Bunu Publika.Az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm bildirib.

V.Nağıyevin ötəngünkü çıxışından xəbərdar olduğunu vurğulayan E.Miraləm deyib: “Bununla bağlı Ukraynadakı azərbaycanlı diasporunun və bizim məlumatımız var. Ukrayna azərbaycanlılarının birləşmiş diasporu ilə bizim danışığımız olub. Onlar bildiriblər ki, bizim tövsiyəmizlə bu məsələ diqqətdə saxlanacaq və yarışmanın tələblərinə uyğun formada nə dəstək lazım olacaqsa, bizim diaspor təşkilatlarımız da Vaqif Nağıyevə dəstək olacaqlar. Təbii ki, bu dəstək Ukrayna qanunlarına və yarışmanın tələblərinə uyğun şəkildə olacaq. Hazırda bizim diaspor təşkilatımız tərəfindən Vaqif Nağıyevə dəstək üçün hüquqi proseduralar araşdırılıb öyrənilir ki, sabah ona hər hansı problem yaranmasın. Dəstək elə olmalıdır ki, həm yarışma tələblərinə, həm də bu ölkənin qanunvericiliyinə zidd olmasın”.

Xatırladaq ki, dünya şöhrətli “Qolos” layihəsinin Ukrayna versiyasında iştirak edən azərbaycanlı gəncin səsi tamaşaçıları heyrətə gətirib.

Sergey Lazarev, Ani Lorak, Tamara Qvertiselli və Svyatoslav Vakarçukun daxil olduğu münsiflər heyətinin qarşısına Müslüm Maqomayevin repertuarından olan “Mavi əbədiyyət” mahnısı ilə çıxan müğənni jurilərdə tərəddüt yeri qoymayıb.

Vaqif Nağıyev Tamara Qvertisellini seçərək, onun komandasında çıxış edəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm