Qırmızı.az
Sabahdan boş qalan yerlərə ixtisas seçimi başlayır
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 4-dən 10-dək internet vasitəsilə ixtisas seçimi elan edir.
İxtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan və orta ixtisas təhsili müəssisələrinə qəbul olmayan və ya qəbul olduğu təhsil müəssisəsində müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməyən abituriyentlər buraxılır.
TQDK-nın mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, imtahan nəticələrinə əsasən, orta ixtisas təhsili müəssisələrinə qəbul olub qeydiyyatdan keçən abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.
İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib www.eservices.tqdk.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir.
İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasları TQDK tərəfindən yaradılmış müvafiq Qeydiyyat Komissiyasında mayın 20-dən iyunun 2-dək qeydiyyatdan keçmiş abituriyentlər seçə bilər.
“Xanəndəlik”, “Vokal sənəti”, “Dizayn”, “Təsviri incəsənət müəllimliyi”, “Zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanması”, “Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi”, “Dekorativ tətbiqi incəsənət və xalq sənəti”, “Bədii yaradıcılıq işi” ixtisaslarını iyulun 7-dən 11-dək keçirilmiş seçmə tur zamanı müvafiq yoxlamadan “məqbul” almış abituriyentlər seçə bilərlər.
Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunacaq.
Gülnar Əliyeva
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ