"Sovetski"dəki tarixi abidələrin taleyi necə olacaq?- Rəsmi izahat
Bizi izləyin

Qırmızı.az

"Sovetski"dəki tarixi abidələrin taleyi necə olacaq?- Rəsmi izahat

"Sovetski"dəki tarixi abidələrin taleyi necə olacaq?- Rəsmi izahat

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev sökülməsi nəzərdə tutulan "Sovetski" adlanan yaşayış ərazisindəki(Bayırşəhər) tarixi abidələrin taleyinin necə olacağına münasibət bildirib.

Publika.Az-ın verdiyi xəbərə görə, nazir deyib ki, hər tarixi abidənin öz əhəmiyyəti var. Bəzi abidələr ölkə, bəziləri isə yerli əhəmiyyətli olur: "Hər tarixi abidənin taleyinə ayrıca baxılacaq. Yeni tikililərin inşası, yolların genişləndirilməsi, şəhərlərin inkişafı bütün dünyada müşahidə olunan prosesdir və bunlar istər-istəməz tarixi abidələrlə müəyyən bir ziddiyyət təşkil edir. Ona görə də məsələlərə həssaslıqla yanaşmaq, ölkə əhəmiyyətli tarxi abidələri bərpa etmək, qorumaq, onlar ətrafında mədəni mühiti formalaşdırmaq bir məqsəd olaraq qarşımızda dayanır".

Ə.Qarayev qeyd edib ki, müvafiq dövlət orqanları ilə birlikdə bu məsələlərə baxılır, siyahılar tərtib olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm