ASAN-da yeni xidmət - nikah üçün tibbi arayışı buradan ala bilərsiniz
Bizi izləyin

Qırmızı.az

ASAN-da yeni xidmət - nikah üçün tibbi arayışı buradan ala bilərsiniz

Artıq nikaha daxil olmaq istəyən vətəndaşlar tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı pilot layihə çərçivəsində 5 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Respublika Diaqnostika Mərkəzindən əldə edə bilərlər.

Bu barədə Publika.az-a qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Arayışın əldə edilməsi üçün zəruri olan sənədlər:

- Nikaha daxil olmaq istəyən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;

- Nikahın qeydə alınması üçün doldurulmuş ərizə-anketin surəti.

Vətəndaşların tibbi müayinədən keçdiklərini təsdiq edən arayış 5 iş günü müddətində verilir və bunun üçün dövlət rusumu ödənilmir.

Qeyd edək ki, yalnız “ASAN xidmət” mərkəzləri daxilində nikaha daxil olmaq istəyən şəxslər bu xidmətdən yararlana biləcəklər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm