• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Məhkumun gödəkçəsindən narkotik çıxdı

Məhkumun gödəkçəsindən narkotik çıxdı

7 saylı cəzaçəkmə müəssisəsində və 3 saylı İstintaq təcridxanasında qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, 7 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Ədalət Mirmehti oğlu Mirişovun üzərinə baxış keçirilən zaman əynində olan gödəkçənin sol qolunun altında gizlədilmiş bir ədəd sellofana bükülmüş xalis çəkisi 0,615 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Elçin Elmik oğlu Hüseynovun saxlandığı kameraya və əşyalarına baxış keçirilərkən, dolabçanın içərisində gizlədilmiş gizli saxlanc yerindən ona məxsus iki ədəd "Nokia", bir ədəd "Iphone-5" markalı mobil telefon aparatları, elektrik qidalandırıcısı və üç ədəd "Sim" danışıq kartları aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR