Azərbaycanlı tələbələr Amerikada qələbə qazandılar
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı tələbələr Amerikada qələbə qazandılar

Azərbaycan komandası ABŞ-ın Redmond şəhərində keçirilən “Microsoft Imagine Cup 2015” müsabiqəsində uğur qazanıb.

Publika.az xəbər verir ki, Bakı Dövlət Universitetinin və Xəzər Universitetinin tələbələri olan Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan və Ülviyyə Rüstəmovalardan ibarət komandamız müsabiqədə “İnnovasiyalar” kateqoriyasında ikinci yeri tutub.

Müxtəlif ölkələrdən 33 komandanın iştirak edib müsabiqə üç kateqoriya üzrə keçirilib: “World Citizenship” (dünya vətəndaşlığı), “Games” (oyunlar) və “Innovation” (innovasiyalar).

Bu müsabiqədə ilk dəfə iştirak edən Azərbaycanın “NoObs” komandası “Bluetooth-tənzimçilər” dəsti, həmçinin qaməti əymədən oturmaq və durmaq vərdişi yaradan “Windows Phone” platformalı smartfonlar üçün proqram təminatı olan “Spinal” layihəsini təqdim edib. Layihə “İnnovation” kateqoriyasında II yeri tutub. Birinci, ikinci və üçüncü yerləri tutmuş mükafatçılar layihənin sonrakı inkişafına “Microsoft” şirkətindən 50, 10 və 5 min dollar məbləğində qrant əldə ediblər.

Qeyd edək ki, “NoObs” komandası “Microsoft Azerbaijan” şirkəti ilə birgə Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar parkı və “Nar mobile” şəbəkə operatoru tərəfindən keçirilmiş “Imagine Cup” lokal seçim turunun qalibləri olub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm