• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qaradağda kütləvi insident: polis yolu bağladı – Həbs olunanlar var

Qaradağda kütləvi insident: polis yolu bağladı – Həbs olunanlar var

Qaradağ rayon Yol Patrul Xidməti məntəqəsinin yaxınlığında, yük avtomobillərinin çəkisini yoxlamaq üçün quraşdırılan tərəzinin yanından başlayan növbə bir neçə kilometrə qədər uzanır.

Hadisə şahidlərinin “Axar.az”a verdiyi məlumata görə, ağır tonnajlı maşınlarının normadan artıq yüklənməsi səbəbindən yeni çəkilən yolların dağıldığını əsas gətirən yol polisi nəzarəti maksimum səviyyədə gücləndirib. Bu səbəbdən normada yük apardığı halda qazancın olmayacağı, mişar daşının qiymətinin qalxacağını bildirən sürücülərlə polis arasında ciddi münaqişə yaranıb.

Bir neçə sürücü digər maşınları əzərək özünə yol açmaq və polis səddini qırıb getmək istəyib. Ancaq polisin əhatəsindən çıxa bilməyiblər: polislər sözügedən “KamAz” yük maşınlarının şinlərini deşib, sürücüləri isə dərhal polis maşınında hadisə yerindən uzaqlaşdırıblar.

Şahidlərin bildirdiyinə görə, ağır tonnajlı yük maşınlarının normadan artıq yüklənməsinə qarşı artıq bir neçə gündür ki, nəzarət gücləndirilib. Buna baxmayaraq, sürücülər bu qərara tabe olmaq istəmirlər. Onların bildirdiyinə görə, hətta yükgötürmə qabiliyyəti 30 ton olan “Şadman” markalı yük maşınlarına da 15 tonluq məhdudiyyət tətbiq edilib ki, bunu da ədalətsiz qərar sayırlar.

Xatırladaq ki, Bakıdan-Astara və Bakı-Kürdəmir istiqamətində magistral yollarda “KamAz” markalı yük avtomobilləri əsasən Qaradağ daş karxanasından mişar daşları və qum daşıyırlar. “KamAz”ın yükgötürmə qabiliyyəti 10 ton olsa da, sürücülər adətən 25-30 ton yük vururlar və bu da yeni çəkilən yolların dağılmasına səbəb olur. Şahidlər hazırda da sürücülərlə polislər arasında mübahisənin və böyük tıxacın davam etdiyini bildirdilər. Günün sonu olduğundan, Nəqliyyat Nazirliyi və DİN-in münasibətini öyrənmək mümkün olmadı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR