Dövlət Komitəsindən kadr dəyişikliyi ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Dövlət Komitəsindən kadr dəyişikliyi ilə bağlı AÇIQLAMA

Son günlər bəzi kütləvi informasiya vasitələrində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyi ilə bağlı məlumatlar yayılıb.

Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Amil Cavadovun Publika.az-a bildirdiyinə görə, yayılan məlumatlar əsassızdır və dəqiqləşdirilməyib:

“Dövlət Komitəsinin Aparat rəhbəri Oqtay Hüseynovun işdən uzaqlaşdırılması ilə bağlı fikirlər əsassızdır. Bildirmək istəyirik ki, aparılan kadr dəyişikliklərinə əsasən Oqtay Hüseynov Dövlət Komitəsinin Maliyyə-təsərrüfat şöbəsinin müdiri təyin olunub və hazırda fəaliyyətini davam etdirir. Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsinə ümumi şöbənin müdiri Alim Süleymanov təyin edilib”.

O həmçinin bildirib ki, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri Dövlət Komitəsi haqqında hər hansı bir informasiyanı yaymazdan əvvəl Komitənin Mətbuat xidməti ilə dəqiqləşdirsinlər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm