Bu il 247 binaya qaz verildi
Bizi izləyin

Qırmızı.az

Bu il 247 binaya qaz verildi

“Azəriqaz” cari ilin yanvar-iyul aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 247 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Bu barədə Publika.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, həmin binalarda ümumilikdə 4 324 ailə yaşayır.

Ümumiyyətlə, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim edən, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm