Qırmızı.az
Azərbaycanda avtomobil sərgisi keçiriləcək
May ayının 15-də Baku Ekspo Mərkəzində Azərbaycanın avtomobil həvəskarları üçün nəzərdə tutulmuş Bakı Beynəlxalq “Motor Şou” (BIMS) sərgisi start götürəcək.
Xəzəryanı regionun ən böyük avtomobil sərgisi olan bu tədbir
yerli və xarici avtomobil istehsalçılarını, habelə avtomobil
avadanlıqları və komplektləşdiricilərinin dünya şöhrətli
brendlərinin distribütor və dilerlərini bir araya gətirəcək.
“BIMS 2014” sərgisində 100-dən çox şirkətin iştirakı
gözlənilir.
Hazırda “BIMS 2014” sərgisinin iştirakçıları siyahısına Azərbaycan,
Almaniya, Polşa, Rusiya və s. ölkələrdən olan şirkətlər daxildir.
Sərgidə ənənəvi olaraq üç böyük sektor (avto-moto nəqliyyat,
kommersiya nəqliyyatı və avto-hissələr və aksessuarlar) təmsil
olunacaq.
Sərginin iştirakçıları arasında minik avtomobillərinin istehsalı
ilə məşğul olan dünya şöhrətli şirkətlərin (məs.: “Bentley”,
“Toyota”, “Lexus”, “Suzuki”, “Volvo” və s.) rəsmi distribyutorları
var.
Builki sərgidə minik avtomobillərinin yerli istehsalçısı - Naxçıvan
Avtomobil Zavodu (NAZ) iştirak edəcək. Motosiklet dilerləri isə
dünyanın aparıcı istehsalçıları sayılan “Aprilia”, “Suzuki”,
“Harley Davidson” və “Vespa” şirkətlərinin modellərini təqdim
edəcəklər.
Kommersiya sektorunda “MANN” və “HOVO” şirkətlərinin istehsalı olan
traktorlar, özüboşaldan yük maşınları və müxtəlif növ məhsulların
daşınması üçün yarım-qoşqular nümayiş etdiriləcək.
Sərgidə avto-hissələr, eləcə də avtomobil yağları, filtrlər,
avtokosmetika və digər avtomobil kimyası məhsullarının aparıcı
brendlərini nümayiş etdirən tematik bölmə əhəmiyyətli yer
tutacaq.
Bura əsasən ehtiyat hissələri və komplektləşdiriciləri işləyib
hazırlayan, istehsal edən və təchiz edən şirkətlər, habelə xarici
şirkətlərin regional nümayəndələri daxildir.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO