Bu şəxslərə məscidə girməyə icazə verilməyəcək
Bizi izləyin

Qırmızı.az

Bu şəxslərə məscidə girməyə icazə verilməyəcək

Azərbaycanda radikalların sosial dayaqları yoxdur.

Publika.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Yeni Azərbaycan” qəzetinə ölkədə aparılan dini maarifləndirmə ilə bağlı danışarkən deyib.

Komitə sədri qeyd edib ki, cəmiyyətin dünyəvi dünyagörüşünün yüksək olması xurafata inanmağa imkan vermir.

M.Qurbanlı bildirib ki, ölkədə dini maarifləndirmə sahəsində xeyli işlər görülüb:

“Bununla belə arxayınlaşmaq da olmaz. Bu sahədə işlər ardıcıl olaraq davam etdirilməlidir. Komitə bu ilin birinci yarısında milli maraqlarımıza zidd olan qeyri-ənənəvi dini cərəyanların yayılmasının qarşısını almaq üçün maarifləndirmə tədbirlərinə üstünlük verib.

Həmçinin, Qafqaz Müsəlmanları İdarəsi imamlar, axundlar, din xadimləri üçün təkmilləşdirmə kursları təşkil edib. Məscidlər irfan, mədəniyyət mərkəzinə çevrilməlidir, axundlar və imamlar təkcə dini yox, dünyəvi bilgilərə də malik olmalıdır. Orta əsrlərdə mütəfəkkirlərimizin əksəriyyəti məscidlərdə yetişdirilirdi. Amma sovet dövründə dindarlar yalnız yas mərasimlərini aparan insanlara bənzədilib və indi də belə düşünənlər az deyil. Bu, doğru yanaşma deyil”.

M.Qurbanlı qeyd edib ki, görülən işlər müsbət nəticələr verir:

“Mən məscidlərə gedirəm, xütbə kitablarına baxıram və artıq yeni nəsil yetişdiyini görürəm. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin, eləcə də Bakı İslam Universitetinin tələbələrindən yüksək mütəxəssislər yetişir. Onlar yüksək biliklərə sahib din xadimləri kimi formalaşırlar. Doğrudur, hələ də xarici təsirlər var və onlar məscidlərə də girmək istəyirlər. Amma biz buna yol verməyəcəyik. Biz çalışmalıyıq ki, vətəndaşlarımız İslam dəyərlərini dərindən öyrənsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm