Nazirlik bu mehmanxanalara lisenziya verdi - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Nazirlik bu mehmanxanalara lisenziya verdi - SİYAHI

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin iyul ayı ərzində bir sıra mehmanxanalara mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib.

Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar”a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2006-ci il tarixli, 273 nömrəli “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə” Qərarına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin iyul ayı ərzində aşağıda adları göstərilən yerləşdirmə obyektlərinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilib:

1. “May Vey Travel” Məhdud Məsuliyyətli Cəmiyyətinə;

2. “Dostluq” istirahət mərkəzi;

3. “Azpetrol Ltd.” Məhdud Məsuliyyətli Cəmiyyətinə;

4. “Business Palace” mehmanxanası.

Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 338-ə çatıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm