Bu il 1160 nəfərə əlil arabası verildi
Bizi izləyin

Qırmızı.az

Bu il 1160 nəfərə əlil arabası verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bu ilin ötən dövründə 1158 nəfər əlilliyi olan şəxsi və sağlamlıq imkanları məhdud uşağı əlil arabası ilə təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, bölgələrdə yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar müvafiq hallarda əlil arabaları ilə faktiki yaşadıqları ünvanlarda təmin olunurlar. Bu isə həmin insanların əlil arabaları ilə təmin olunmaq üçün uzaq məsafə qət edərək və xərc çəkərək Bakıya gəlmək çətinliyinin aradan qalxmasına, onların müvafiq xidmətlərdən daha rahat və şəffaf şəkildə yararlanmalarına şərait yaradıb.

Qeyd olunan işlərin davamı kimi, son iki gündə ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Gəncə şəhərində, Göygöl, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Tovuz rayonlarında yaşayan 26 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa əlil arabaları xüsusi ayrılmış avtomaşınla onların faktiki yaşadıqları ünvanlara aparılmaqla, şəxsən təqdim olunub.

Xatırladaq ki, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar yaşadıqları rayonun (şəhərin) Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən onlara əlil arabasının verilməsi barədə qərar verildiyi halda əlil arabası ilə təmin olunurlar.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm