Əflatun Amaşov cavab verdi
Bizi izləyin

Qırmızı.az

Əflatun Amaşov cavab verdi

“Neçə müddətdir baş verənləri müşahidə edir, yazılanları diqqətlə oxuyuram. Kimlərsə durumumu susqunluq kimi qələmə verə bilər. İndi oxuyacaqlarınız da sükutu pozmaq anlamı daşımır”.

Publika.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib: “Mətbuat Şurası 12 ildir fəaliyyət göstərir. Qurum Azərbaycan jurnalistlərinin I qurultayında yaradılıb və onun tərkibi qurultaylarda yenilənir. Yəni, Şura Azərbaycan jurnalistlərinin seçimidir. Məsələnin prinsipial tərəfi belədir. Ancaq bunun üzərində dayanıb qurultay seçimlərinin mütləqliyini vurğulamaq istəmirəm. Əvvəla, mütləq olandan təkrarən danışmaq əbəsdir. İkincisi, kimlərinsə Mətbuat Şurasının İdarə Heyətində təmsilçilik üçün apardığı işləri gözdən salmağın tərəfdarı deyiləm. Ortada seçki varsa, demək ki, rəqabət aparan qruplar da var”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də milli mətbuatımızın 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdəki çıxışında məhz bunları nəzərə aldı: “Dövlət başçısının çıxışı Şuranın timsalında bütövlükdə Azərbaycan mediasına olan inam və etimad, ali səviyyəli qiymət idi. Görünür, bu etimadı sarsıtmaq, reallıqları görmək istəməyənlər var. Onların kimlərisə öz oyunlarının elementinə çevirməklə nə qazanacaqları məlum deyil. Onsuz da Mətbuat Şurası və onun sədri hər zaman tənqidə dözümlüdür. Bizə ünvanlanmış tənqid niyyət saflığından qaynaqlanırsa, hansısa digər məqsədlərin gerçəkləşməsinə hesablanmayıbsa, səslənməsi ancaq xeyrimizədir”.

Peşəkarlıq Azərbaycan mediası adına fayda gətirəcək cəhətləri görməkdədir. Bu gün Azərbaycan Mətbuat Şurasının sədrinin iş otağı hamının asanlıqla qapısını açıb sözünü deyə biləcəyi qərargahdırsa, bu qərargahı çirkaba bulaşdırmaq cəhdi nəyə gərəkdir: “Mətbuat Şurası mərkəzdədirsə, tənqid olunmalıdır. Quruma münasibətdə müəyyən ittihamların səslənməsinə öyrəşikliyəm. Bir qayda olaraq milli mətbuatın yubileylərindən öncə və sonra ittihamlar artır. Çünki hamı özünü yüksəkdə görür, hesab edir ki, fəxri adlara, təltiflərə layiq olan özüdür. Hər kəsin haradək jurnalist olduğunu gözəl bilirəm”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm