Bu gün Bakıda və bölgələrdə yağış yağacaq - Hava Haqqında
Bizi izləyin

Qırmızı.az

Bu gün Bakıda və bölgələrdə yağış yağacaq - Hava Haqqında

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşama doğru buludluluğun artacağı, gecə yağış yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşama doğru buludluluğun artacağı, gecə yağış yağacağı gözlənilir.

Temperatur gecə 3-5° isti, günün birinci yarısında 14°-dək, axşama doğru isə 6°-yə yaxın isti, Bakıda gecə 3-5° isti, günün birinci yarısında 14°-dək, axşama doğru isə 6°-yə yaxın isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir yağıntı olacağı gözlənilir.

Temperatur gecə 1-6°, gündüz 12-17° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşama doğru yağıntı olacağı gözlənilir.

Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru yağış yağacağı gözlənilir.

Temperatur gecə 2-7°, gündüz 8-13° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşama doğru yağıntı olacağı gözlənilir.

Temperatur gecə 0-5°, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam yağış yağacağı gözlənilir.

Temperatur gecə 2-7°, gündüz 12-17° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam yağış yağacağı gözlənilir.

Temperatur gecə 5-7°, gündüz 9-14° isti, dağlarda gecə 0-4°, gündüz 5-9° isti olacaq.

Xəbərdarlıq

Martın 12-si axşam şimal və qərb rayonlarından başlayaraq 15-dək ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Temperatur ötən günlə müqayisədə 5-9° aşağı enəcəkdir. Martın 12-si axşamdan 13-ü gündüzədək bəzi yerlərdə güclü şimal-qərb küləyi əsəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm