SOCAR 18 tələbəni xaricə göndərir
Bizi izləyin

Qırmızı.az

SOCAR 18 tələbəni xaricə göndərir

Bu gün SOCAR-ın xaricdə təhsillə bağlı Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası keçirilib. Bu barədə Publika.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

İclasda SOCAR-ın Xarici Təqaüd Proqramına qoşulmaq istəyən 22 nəfərin namizədliyi müzakirə olunub. 18 namizədin təhsildə göstəriciləri, seçdikləri ali təhsil ocaqlarının reytinqi və ixtisasları SOCAR-ın Təqaüd Proqramının şərtlərinə uyğun olduğundan onlar Proqrama daxil edilib. Həmin 18 nəfərdən 3 nəfərinin SOCAR-ın “Total E&P Azərbaycan” şirkəti ilə imzaladığı müqavilə əsasında Fransanın qabaqcıl ali məktəblərində təhsillərini davam etdirəcəklər.

Hazırda Təqaüd Proqramı çərçivəsində 36 tələbə (bakalavr pilləsi üzrə 16, magistr pilləsi üzrə 19, uzmanlıq üzrə 1 tələbə) Avropa, ABŞ və Türkiyənin yüksək reytinqli universitetlərində təhsil alır. Artıq 214 nəfər (bakalavr pilləsi üzrə 39, magistr pilləsi üzrə 173, uzmanlıq üzrə 2 məzun) təhsilini başa vuraraq vətənə qayıtmış və SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunmuşlar. 2006-2015-ci illər ərzində Xarici Təqaüd Proqramı üzrə statistik göstəricilərin təhlili aparılmış, qeyd edilmişdir ki, proqram üzrə ən çox tələbə (50 nəfər) 2011-ci ildə seçilərək xaricdə oxumağa göndərilmişdir.

Daha sonra Proqram çərçivəsində 4-ü magistr, 2-si bakalavr olmaqla Böyük Britaniya və ABŞ-nin universitetlərində təhsil almış 6 məzun komissiya üzvləri qarşısında hesabatla çıxış edib. Məzunlar təhsil aldıqları ixtisas və ali təhsil ocağı, eləcə də ictimai fəaliyyətləri barədə ətraflı məlumat veriblər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm