Bakıda "Heyvanların saxlanılması şəraitinin yaxşılaşdırılması üzrə" seminar keçirilib
Bizi izləyin

Qırmızı.az

Bakıda "Heyvanların saxlanılması şəraitinin yaxşılaşdırılması üzrə" seminar keçirilib

Martın 10-11-də Bakıda Avropa Komissiyasının və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin birgə təşkilatçılığı ilə Avropa Komissiyasının İnformasiya Mübadiləsi Alətinin Texniki Dəstəyi (TAIEX) proqramı çərçivəsində "Heyvanların saxlan

Martın 10-11-də Bakıda Avropa Komissiyasının və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin birgə təşkilatçılığı ilə Avropa Komissiyasının İnformasiya Mübadiləsi Alətinin Texniki Dəstəyi (TAIEX) proqramı çərçivəsində "Heyvanların saxlanılması şəraitinin yaxşılaşdırılması üzrə" seminar keçirilib.

Dövlət Xidmətindən verilən məlumata görə, toplantının məqsədi daşınma, öldürülmə və ya kəsim zamanı heyvanların ağrılardan və əziyyətlərdən qaça bilmələrinə zəmanət verən heyvanların saxlanılması şəraitinin yaxşılaşdırılması üzrə Avropa İttifaqının (Aİ) hazırkı qanunvericiliyi ilə ilkin tanışlıqdan ibarət olub.

Tədbirdə giriş sözü ilə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova Azərbaycan ilə Aİ arasında uzun illər davam edən uğurlu əməkdaşlıqdan, bu əməkdaşlığın uğurlu nəticələrindən danışıb. S.Rüstəmova bildirib ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş aqrar islahatlar bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Bu baxımdan ölkənin kənd təsərrüfatı sistemində əsaslı yeniliklər həyata keçirilməkdədir.

Xidmət rəisi vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində son illər bir sıra tvinninq və TAIEX layihələri həyata keçirilməkdədir. Avropa İttifaqının dəstəyi ilə "Azərbaycan Dövlət Baytarlıq Xidmətinin İnstitusional Quruculuğu Kontekstində Heyvanların İdentifikasiyası və Təsərrüfatların Qeydiyyatı Milli Sisteminin Hazırlanmasına Dəstək" tvinninq layihəsi bunun bariz nümunəsi olduğunu bildirib.

S.Rüstəmova qeyd edib ki, heyvanların mühafizəsi Azərbaycan hökumətinin daim diqqəti mərkəzində olub və Azərbaycanın "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa Konvensiyasına qoşulması, Nazirlər Kabineti tərəfindən "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları"nın qəbul edilməsinin bu deyilənlərin əyani göstəricisi olduğunu dilə gətirib.

Xidmət rəisi heyvanların saxlanma şəraitinin yaxşılaşdırılması, onların mühafizəsinin təmin edilməsi və xəstəliklərinin qarşısının alınmasında respublikanın baytarlıq xidməti ordusunun hər bir vaxt ayıq-sayıq olduğunu xüsusilə vurğulayıb.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, BEB, FAO, Dövlət Baytarlıq Xidmətinin və dəvət edilmiş digər nümayəndələr seminarın gündəliyinə çıxarılan məsələlərin əhəmiyyətindən danışıb, təqdimatlar keçirilib və müzakirələr aparılıb.

Toplantıda xüsusilə vurğulanıb ki, heyvanların saxlanılması şəraitinin yaxşılaşdırılması üzrə BEB-in standartları və onların tətbiq edilməsini dəstəkləmək üçün imkanların yaradılması vasitələrinə diqqət yönəldilməli, heyvanların saxlanılması şəraitinin yaxşılaşdırılmasının stimullaşdırılmasında baytarlıq mütəxəssislərinin rolu artırılmalı, kəsimdən öncə hevanlarla davranma, heyvanların bəslənilməsi istiqamətində bacarıqların artırılmasına və bu sahədə tədris və təlim işlərinə diqqət yetirilməlidir.

Seminara respublikanın bir sıra rayon baytarlıq idarələrinin rəisləri və zona baytarlıq laboratoriyalarının direktorları dəvət ediliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm