4 saylı “ASAN xidmət” 2 gün işləməyəcək
Bizi izləyin

Qırmızı.az

4 saylı “ASAN xidmət” 2 gün işləməyəcək

Avqustun 8-9-da 4 saylı Bakı “ASAN xidmət” mərkəzi görülən profilaktik tədbirlər ilə əlaqədar xidmət göstərməyəcək.

“ASAN xidmət”in informasiya təminatı şöbəsindən Publika.az-a verilən məlumata görə, vətəndaşlar qeyd olunan tarixlərdə hazır sənədlərlə bağlı əvvəlki qaydada mərkəzə müraciət edə biləcəklər.

Sənəd qəbulu ilə bağlı isə Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edərək xidmətlərdən yararlanmaq mümkündür. Bundan başqa, xidmətlərlə bağlı digər mərkəzlərimiz də fəaliyyətini davam etdirir.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10-dan 20-dək, şənbə və bazar günləri isə saat 10-dan 17-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm