Yol Polisindən sürücülərə SMS XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

Yol Polisindən sürücülərə SMS XƏBƏRDARLIQ

Dövlət Yol Polisi sürücülərin telefonuna sərxoş halda avtomobil idarə etməməklə bağlı xəbərdarlıq sms-i göndərir.

Publika.az xəbər verir ki, göndərilən sms-lə sürüclərə bildirilir ki, sərxoş halda avtomobil idarə edən hər kəs özünün və başqalarının həyatına qəsd etmiş olur:

“Hörmətli sürücü! Əgər spirtli içki qəbul etmisinizsə, heç bir halda avtomobili idarə etməyin! Az miqdarda spirtli içki də sevincinizi kədərə çevirə bilər. Unutmayın ki, sükan arxasında sərxoş vəziyyətdə əyləşməklə özünüzün və başqaların həyatına qəsd etmiş olursunuz.

Sonradan ömür boyu peşmançılıq çəkməkdənsə, bu səhvə yol verməməyə çalışın. İçkilisinizsə, sükanı unudun, ayıq olana etibar edin! İnsan həyatı daha önəmlidir”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm