• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Sabah hava sərin keçəcək

Sabah hava sərin keçəcək

Avqustun 8-də Bakıda əsən şimal küləyi günün ikinci yarısından mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağma ehtımalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacaq.

Avqustun 8-10-da Abşeron yarımadasında mülayim küləklərin üstünlüyü müsbət amil olsa da, günün bəzi saatlarında havada rütubətliliyin bir qədər çox olması meteohəssas insanlar üçün narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında avqustun 8-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR