• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bu yol yenidən qurulur

Bu yol yenidən qurulur

Hacıqabul-Kürdəmir avtomobil yoluna 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsi çərçivəsində son tamamlanma işləri həyata keçirilir. Bakı-Qazax-Gürcüstan sərhədi yolunun tərkib hissəsi olan layihəmövcud 120-ci km-dən başlayıb, 200-ci km-də başa çatır.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ümumi uzunluğu 80 km olan yeni yolda torpaq yatağının eni 27.5 metr, 2 zolaq əlavə edilməklə hərəkət zolağının sayı 4, hərəkət zolağının eni isə 3.75 metrdir. Yol örtüyü polimer asfalt-betondur. Yeni yolda asfalt-beton örtüyünün döşənməsi işləri də bitmək üzrədir.

Artıq layihə üzrə yeni yolda 160-a yaxın müxtəlif diametrli suötürücü borunun və 15 alt keçidin tikintisi işləri artıq yekunlaşıb. Mövcud 2 hərəkət zolaqlı avtomobil yoluna paralel tikilən yeni 2 hərəkət zolaqlı yolda 5 ədəd yol qovşağı və Girdman çayı üzərində körpünün də tikilməsi nəzərdə tutulub. Bu çərçivədə isə işlər davam etdirilməkdədir. Yol qovşaqlarında işlər bitib, hazırda yanaşma yollarında işlər yerinə yetirilir.

Hacıqabul-Kürdəmir avtomobil yoluna 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsi çərçivəsində bütün işlər Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliklərinin nəzarəti altında həyata keçirilir. Artıq ümumilikdə işlərin icrası 89 faiz təşkil edir.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR