• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

"Sahil"dəki yanğın niyə gec söndürüldü?- Açıqlama (Yeniləndi) 11 - FOTO, VİDEO

"Sahil"dəki yanğın niyə gec söndürüldü?- Açıqlama (Yeniləndi) 11 - FOTO, VİDEO

Azərbaycanın fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Bakıda “Sahil” Ticarət Mərkəzinin yerləşdiyi çoxmərtəbəli binada baş verən yanğına münasibət bildirib.

Publika.Az-ın məlumatına görə, nazir müavini yanğının artıq söndürüldüyünü və yanğın nəticəsində xəsarət alan olmadığını söyləyib: "Yanğının gec söndürülməsinə FHN-in yanğınsöndürən maşınlarının avtomobil sıxlığına görə hadisə yerinə daxil ola bilməməsi səbəb olub. Yanğın baş verən binada qalanların olması barədə yayılan məlumatlar isə doğru deyil".

O deyib ki, yanğın üçüncü mərtəbəsdə 1500 kvadrat metr sahəni əhatə edib.

E. Mirzəyev bildirib ki, yanğın barədə “112” xidmətinə 09:48-də məlumat verilib. Hadisə yerinə 12 yanğın söndürən maşın cəlb olunub.

Nazir müavini qeyd edib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.Yanğın 90 dəqiqə ərzində söndürülüb. Yanğın zamanı ərazidə olan bütün sakinlər evakuasiya edilib. Hadisənin başvermə səbəbi aparılan araşdırmalardan sonra

Vasif Həsənli

11.44

Publika.Az-ın verdiyi xəbərə görə, metropolitenin keçmiş rəisi Tağı Əhmədovun yanan binada yerləşən mənzili də yanğından ziyan çəkib. Ziyanın dərəcəsi haqda dəqiq məlumat yoxdur. Artıq yanğın söndürlüb, amma hələlik heç kim binaya buraxılmır.

11.21

Publika.Az-ın əməkdaşı xəbər verir ki, yanğın baş verən binanın 5-ci mərtəbəsində yaşayan Tağı Əhmədov mənzilindən çıxa bilmir. Onun tez-tez eyvana çıxıb geri qayıtması müşahidə olunub.

Yanğın ticarət mərkəzinin 3-cü mərtəbəsində başlayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, hadisənin baş verdiyi əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) Trend-ə bildiriblər ki, hələlik stansiyaya "Sahil" Ticarət Mərkəzində bir nəfərin halının pisləşməsi ilə əlaqədar çağırış daxil olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətindən daha sonra Trend-ə bildiriblər ki, "Sahil" Ticarət Mərkəzində baş verən yanğınla bağlı 2-ci dərəcəli çağırış elan edilib.

Qeyd edək ki, ticarət mərkəzi Bakı metrosunun "Sahil" stansiyasının üstündəki çoxmərtəbəli binada yerləşir.

Binada Argentinanın Azərbaycandakı səfirliyi də yerləşir. Diplomatik mənbədən Trend-ə bildiriblər ki, yanğın zamanı səfirliyin əməkdaşları xəsarət almayıb.

Yanğın baş verən binanın 3-cü mərtəbəsində anbarlar da yerləşir.

Şahidlərin bildirdiyinə görə, hadisə yerinə 10-dan artıq yanğınsöndürən maşın və 2-dən çox təcili tibbi yardım maşını cəlb olunub.Artıq yanğın lokallaşdırılıb.

Ən son məlumata görə, ticarət mərkəzində baş vermiş yanğın artıq söndürülüb.

11.00

Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov “Sahil” metro stansiyasının üzərində yerləşən “Sahil” Ticarət Mərkəzinin yanmasına münasibət bildirib. Publika.Az –n əməkdaşının bu barədə sualına T. Əhmədov heç nə bilmədiyini deyib. O, bu barədə danışmaq istəmədiyini açıqlayıb: “Mən heç nə bilmirəm. Bu barədə danışmaq istəmirəm. Məndən soruşmayın”.

O, ticarət mərkəzinin 7-ci mərtəbəsində qalan azyaşlı uşağın nəvəsi olduğu barədə deyilənlər haqqında da danışmayıb. T. Əhmədovdan ətraflı münasibət öyrənmək üçün sonrakı cəhdlərimiz də alınmadı.

Asif

10.44

Hadisə yerində olan əməkdaşımız Vasif Həsənli xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov da hadisə yerinə gəlib. Yanan binada metropolitenin keçmiş rəisi Tağı Əhmədovun mənzilinin də yerləşdiyi deyilir.

Həmin binada həmçinin Brazilya səfirliyi və Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəliyi yerləşir.

Sözügedən ofislər yuxarı mərtəbələrdə yerləşdiyindən hələlik onlara heç bir təhlükə yoxdur.

10.36.

Bakı Metropoliteni Sahil stansiyasının giriş-çıxışını bağlayıb. Sərnişinlərin təhlükəsizliyi üçün metro qatarları artıq "Sahil" stansiyasında dayanmır.

***

10:27

Hadisə yerində olan müxbirimizin verdiyi məlkumata görə, yanğın ərazisindəki qatı tüstüdən hələlik yalnız bir nəfərin zəhərləndiyi bildirirlir. Zəhərlənən sakin ilkin tibbi yardımdan sonra dərhal xəstəxanaya qaldırılıb./Axar.az

Əməkdaşımızın məlumatına görə, "Sahil" Ticarət Mərkəzinin yerləşdiyi binanın yaşayış hissəsində, 7-ci mərtəbədə azyaşlı bir uşağın xilas edilməsi üçün hazırda tədbirlər görülür. Bildirilir ki, yanğın girişi bağladığından, uşağın xilas edilməsinə FHN texnikası cəlb edilib.

Sakinlərin verdiyi məlumata görə, həmin azyaşlı uşaq Metropolitenin keçmiş rəisi Tağı Əhmədovun nəvəsidir.

***

10:22

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, hazırda yanğının söndürülməsinə çalışılır. Ancaq yanğın artıq yuxarı mərtəblərə də keçib. Ticarət mərkəzi ətrafında avtomobillərin və piyadaların hərəkəti məhdudlaşdırılıb. Xəsarət alan yoxdur. Buna baxmayaraq çoxlu sayda təcili yardım maşınları əraziyə gəlib.

10:13

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən Milli.Az-a bildirildi ki, “Sahil” ticarət mərkəzindəki yanğının miqyası böyükdür. İkinci dərəcəli yanğın həyəcanı verilib. Xeyli sayda yanğınsöndürən maşın yanğının söndürülməsinə cəlb olunub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından Milli.Az-a bildirildi ki, hadisə yerinə təcili yardım briqadaları göndərilib.

--------
10:12

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, hadisənin baş verdiyi əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) Trend-ə bildiriblər ki, hələlik stansiyaya "Sahil" Ticarət Mərkəzində bir nəfərin halının pisləşməsi ilə əlaqədar çağırış daxil olub.

---------
10:04

Trend xəbər verir ki, Bakıda "Sahil" Ticarət Mərkəzində yanğın baş verib. Yanğın ticarət mərkəzinin 3-cü mərtəbəsində başlayıb.

Fotolar Vasifindir

)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR