Sabah yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Sabah yağış yağacaq

Avqustun 9-da Bakıda havanın maksimal temperaturu 34 dərəcə isti olacaq, şimal küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağma ehtımalı var. Mülayim şimal küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26, gündüz 29-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 9-da əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 15-20, gündüz 23-28 dəcə isti olacaq.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm