Abid Şərfiov yanan binanın sakinlərinə vəd verdi - VİDEO
Bizi izləyin

Qırmızı.az

Abid Şərfiov yanan binanın sakinlərinə vəd verdi - VİDEO

Binəqədi rayonunda yanan binanın təmiri sentyabrın sonunda başa çatacaq.


ANS TV-nin məlumatına görə, bunu Baş nazirin müavini Abid Şərifov deyib. O Binəqədi rayonu ərazisində yanmış binanın təmir-tikinti işlərinə nəzarət etmək üçün əraziyə baş çəkib. Müavin ilk olaraq tam hazır olan 2 mənzili nəzərdən keçirib. O əminliklə qeyd edib ki, tam təmirli mənzillər hər bir sakinin xoşuna gələcək.

Binanın təhvil müddətinin uzanmasını isə Abid Şərifov hava şərtləri ilə əlaqələndirib. Amma buna baxmayaraq binaların tikintisinə şəxsən nəzarət etdiyini və mənzillərin sentyabrın axrına kimi bina sakinlərə tam təhvil veriləcəyini vəd edib.

Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada mayın 19-da yanğın baş verib. Nəticədə 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 56 insan müxtəlif dərəcəli bədən xəsarəti alıb.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm