Əli Həsənov jurnalistin ölümünə reaksiya verdi
Bizi izləyin

Qırmızı.az

Əli Həsənov jurnalistin ölümünə reaksiya verdi

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Ann.az saytının əməkdaşı Rasim Əliyevin vəfatı ilə əlaqədar AzərTAC-a bildirib:

“Ann.az saytının əməkdaşı Rasim Əliyevin vəfatı ilə bağlı məsələlər respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb və ciddi araşdırılır. Hadisənin baş vermə səbəbləri, iştirakçıların tam dairəsinin müəyyənləşdirilməsi və digər məsələlər barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir. Bununla yanaşı, aidiyyəti dövlət orqanlarının məlumatını gözləmədən ayrı-ayrı informasiya resurslarının məsələni müxtəlif istiqamətlərə yozmaq cəhdlərini yolverilməz hesab edir və obyektiv araşdırmanın nəticələrini gözləməyi tövsiyə edirik”.

Qeyd edək ki, jurnalist Rasim Əliyev avqustun 8-də "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb. O, avqustun 9-da səhərə yaxın Bakı Klinik mərkəzində rəhmətə gedib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm