Qırmızı.az
“Sovetski” belə olacaq - FOTOLAR
Ərazidə yeganə yeni tikinti böyük Azərbaycan ənənələri ruhunda “Şəbəkə” olacaq
Bakının “Sovetski” deyilən ərazisinin gələcək taleyi, demək olar ki, hər kəsi dərindən düşündürür. Bu mövzu heç də uzaq gələcəyə aid deyil.
Artıq bu barədə müəyyən fikir və təkliflər də mövcuddur. Dünyanın müxtəlif yerlərində çoxsaylı landşaft və park layihələrinin müəllifi memar Laura Peretti Bakının mərkəzində parkın yaradılması ilə bağlı maraqlı layihə təqdim edib. O, bakupost.az-a bu layihənin özəlliklərindən danışıb. Onun sözlərinə görə, təklif etdiyi park özündə kəsişən avtomobil yollarından uzaq yaşıl zona yaratmağı nəzərdə tutur.
Bu da şəhərin yeraltı və yerüstü hissələri arasında əlaqəni təmin edən yeraltı yol şəbəkəsi sayəsində mümkündür. Bu şəbəkə bəzi yolların genişləndirilməsini, eləcə də yeraltı yolların inşasını nəzərdə tutur.
"Bu, şəhərin səs-küyündən, necə deyərlər, qaçıb gizlənməyə imkan verən əsl təbii parkdır və bu məkan daha çox Nyu-Yorkdakı mərkəzi parka bənzəyir. Mən bu parkı şəhərin yaşıl “ağ ciyərləri”nə bənzədərdim".
Sözügedən ərazidə hər hansı hündür bina inşa olunmayacaq. Layihənin strategiyasında ərazidə mövcud olan və Azərbaycanın memarlıq abidələri hesab olunan tikililərin, eləcə də artıq inşasına başlanmış tikililərin qorunub saxlanması nəzərdə tutulur. Nəhayət, Təzə Pir məscidinə açılan geniş ərazi sayəsində məscidi, hətta uzaqdan seyr etmək imkanı yaranacaq.
Yeganə yeni tikinti böyük Azərbaycan ənənələri ruhunda “Şəbəkə” olacaq. Bu “Şəbəkə” uzun örtülü iki səviyyəli qalereya şəklindədir, bura geniş parkinq, bar, fitnes klub, uşaqlar üçün oyun meydançaları, mədəniyyət mərkəzləri, mağazalar və digər xidmətlər daxildir. Şəhər və park arasında keçid rolunu oynayan, Alov Qüllələri ilə İnşaatçılar prospektini vizual şəkildə birləşdirən “Şəbəkə” həmçinin Bakının gecə həyatının mərkəzinə çevrilə bilər. Yuxarıdan baxanda “Şəbəkə” gecə işıqlarının nurunda böyük parlaq xalçaya bənzəyəcək.
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 14 yaşlı Fərhanın FOTOSU