Nazirlikdən Leyla Şıxlinskaya Klinikasının bağlanması ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Nazirlikdən Leyla Şıxlinskaya Klinikasının bağlanması ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Hazırda Leyla Şıxlinskaya Klinikasının lisenziya müddətinin uzadılması məsələsinə baxılır.

Bunu Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib. Onun sözlərinə görə, klinika ilə bağlı hər hansı problem mövcud deyil:

“Səhiyyə Nazirliyinə Leyla Şıxlinskaya Klinikasının lisenziya müddətinin uzadılması ilə bağlı müraciət olunub. Hazırda nazirlikdə bu işə baxılır. Klinikada hər hansı problem mövcud deyil, sadəcə lisenziyanın vaxtı bitdiyinə görə klinikanın fəaliyyəti dayanıb”, - deyə S. Əhmədova bildirib.

***

Bakının ən məşhur klinikalarından biri – Leyla Şıxlinskaya Klinikasının bağlanması ilə bağlı xəbər yayılıb. Klinikaya növbəti fəaliyyəti üçün lisenziya verilmədiyi və buna görə də həkim heyətinin başqa müəssisələrdə iş tapdığı bildirilir.

Lakin klinika yayılan məlumatı təkzib edir. Klinikadan Publika.az-a verilən məlumata görə, hazırda tibb müəssisəsində təmir getdiyindən xəstə qəbul edilmir:

“Klinika bağlanmayıb. Burada təmir işləri aparılır və yalnız vəziyyəti ağır olan xəstələr qəbul edilir. Təmir bitdikdən sonra klinika əvvəlki qaydada işləyəcək. Təmirin nə vaxt yekunlaşacağını bilmirik”, - deyə klinikadan bildirdilər.

Qeyd edək ki, milli.az-ın məlumatına görə, Leyla Şıxlinskaya Klinikası lisenziya verilmədiyinə görə fəaliyyətini dayandırıb. Əsasən ginekoloji sahə üzrə məşhurlaşan L.Şıxlinskaya Kilinikasının tanınmış ginekoloq və uşaq həkimləri müxtəlif vaxtlarda paytaxtın başqa tibb müəssisələrinə keçiblər. Bundan başqa, Bakıda fəaliyyət göstərən bir neçə klinikaya lisenziya verilmədiyindən fəaliyyətini dayandırıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm