Qırmızı.az
Nazirlik 36 dövlət qurumunda monitorinq keçirəcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) cari ilin sentyabr ayından dövlət orqanlarının mülkiyyətində olan informasiya sistemlərinin növbəti monitorinqini keçirmək niyyətindədir.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, bununla əlaqədar müvafiq məlumatların əvvəlcədən əldə edilməsi məqsədi ilə mərkəz tərəfindən mülkiyyətində olan informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün anket sorğusu hazırlanaraq 36 dövlət qurumuna göndərilib.
Artıq informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün tərtib olunmuş anket sorğusunu cavablandıran dövlət qurumlarının sayı 23-ə çatıb.
Anket sorğusunu son cavablandıran qurumlar Ədliyyə Nazirliyi, Milli Arxiv İdarəsi və Satınalmalar üzrə Dövlət Agentliyi olub.
Buna qədər anket sorğusunu cavablandıran qurumlar sırasında Fövqəladə Hallar, Gənclər və İdman, İqtisadiyyat və Sənaye, Vergilər, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Energetika, Əmək və Əhalinin Sosial Müdafiəsi, Müdafiə Sənayesi nazirlikləri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Müəllif Hüquqları Agentliyi, Statistika, Qiymətli Kağızlar, Diasporla İş, Şəhərsalma və Arxitektura, Əmlak Məsələləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitələri, Dövlət Miqrasiya Xidməti, “Azərsu” ASC və “Azərenerji” ASC yer alıb.
Gülnar Əliyeva
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO