Qırmızı.az
Bakıda dəhşətli virus: bir uşaq öldü - FOTO
Evin yeganə övladı, valideynlərinin göz bəbəyi olan 2
yaşlı Həsən Abdulmüslümov bir gecənin içində səbəbi bilinməyən
virusdan dünyasını dəyişib.
Publika.az bildirir ki, bu barədə uşağın dayısı Rüfət Quliyev baku.ws-ə şikayətində açıqlayıb. Onun sözlərinə görə, 2 yaşlı körpə heç bir xəstəlikdən əziyyət çəkmirmiş. O, çox sağlam uşaq olub.
Həsən Abdulmüslümov dayısı ilə birlikdə dənizə çimməyə gedib.
Evə qayıtdıqdan sonra uşağın halı pisləşib. Qızdırması qalxıb və
qusmağa başlayıb. Əvvəlcə ona ilkin yardım göstərilsə də, uşağın
halı getdikcə pisləşib.
"Onu 7 nömrəli Uşaq İnfeksion Xəstəxanasına aparıblar. Xəstəxananın
həkimi Elçin Əliyarov uşağı müayinə edib və ona tibbi yardım
göstərib. Bir müddətdən sonra uşağa müalicə üçün dərmanlar yazıb.
Həkimə dedik ki, lazımdırsa, uşağı xəstəxanada saxlayaq. Dedi ki,
ehtiyac yoxdur. Lazım olsa, mənimlə əlaqə saxlayın. Həsəni evə
gətirdik. Həmin gecə halı qəflətən pisləşdi. Onu Qarayev adına uşaq
xəstəxanasına apardıq. Oranın həkimləri əllərindən gələni etsələr
də, artıq gec idi”, - deyə Rüfət Quliyev bildirib.
Həkimlər deyiblər ki, uşağın bədənindəki virus artıq bütün
orqanlarıı bürüdüyündən onun həyatını xilas etmək mümkün olmayıb.
Lakin bir az tez tədbir görülsəydi, 2 yaşlı Həsənin həyatını xilas
etmək olardı. Yeganə övladlarının itkisinə dözə bilməyən
valideynlər indi intihar həddindədirlər.
"Bacım Rəna Abdulmüslümova və həyat yoldaşı Zahir Abdulmüslümov
şokdadırlar. Bacım az qalır özünü assın. Həkimlər sakitləşdiricilər
verib, birtəhər sakitləşdirirlər”, - deyə Rüfət Quliyev
vurğulayıb.
Məsələni aydınlaşdırmaq üçün uşağı müayinə edən pediatr Elçin
Əliyarovla əlaqə saxladıq. Həkim bildirdi ki, uşaq onun yanına
gətiriləndə vəziyyəti çox ağır olub. Lakin ona lazımi köməklik
göstərilib. Uşağın halı yaxşılaşıb və onu evə aparıblar. Həkim
uşağın ölümündə heç bir günahı olmadığını bildirib. Həsən
Abdulmüslümovun hansı virusa yoluxması haqda isə həkim heç bir
versiya irəli sürə bilmədi.
"Həsən Abdulmüslümov məlum olmayan virusa yoluxub. Biz əlimizdən gələni etdik. Mənim heç bir günahım yoxdur”, - deyə Elçin Əliyarov bildirib.
Əslində son günlər Bakı çimərliklərinə aparılan bir çox uşaq anoloji problemlərlə üzləşir. Bəzi valideynlər uşaqlarının dənizdən gətirildikdən sonra halının pisləşdiyini deyir. Deyirlər ki, uşaqlarda səpkilər müşahidə olunur. Qusma, işləmə və qızdırma ilə müşahidə olunan hallar baş verir.
Lakin rəsmi qurumlar Bakı çimərliklərində belə bir virusun yayılmadığını deyirlər. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Sanitariya xidmətinin rəhbəri Ziyəddin Kazımov açıqlamasında bildirib ki, bu ilin may ayından başlayaraq bütün çimərlik ərazilərində dəniz suyunun analizləri aparılır. Sahil və Qaradağ, o cümlədən Sumqayıt ərazisindəki dəniz sahilini çıxmaq şərtilə digər ərazilərdə dəniz suyunun tərkibindəki bakterioloji maddələr norma daxilindədir.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibibi Yardım Stansiyasından
isə bildirirlər ki, son günlər uşaqlar arasında çağırışla bağlı
müraciətlərin sayında da elə kəskin artım yoxdur.
Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş
pediatrı Nəsib Quliyev də açıqlamasında vəziyyətin nəzarət altında
olduğunu bildirib. Onun sözlərinə görə, bu diaqnozla xəstəxanaya
müraciət edənlərin sayında artım müşahidə olunmur.
"İlk növbədə valideynlər diqqətli olmalıdırlar. Bacardıqları qədər
uşaqları günün altında saxlamamalıdırlar. onların qidasına fikir
verməlidirlər. Körpələri dəniz suyundan kənar tutmalıdırlar.
Çalışmaq lazımdır ki, uşaqlar dəniz suyu ilə çox təmasda
olmasınlar”, - deyə Nəsib Quliyev bildirib.
Səhiyyə Nazirliyindən də bildirdilər ki, hazırda qeyd edilən məsələ
nəzarət altındadır və araşdırmalar aparılır.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?