Qırmızı.az
Dəniz suyunda infeksiya yoxdur - RƏSMİ
Xəzər dənizinin suyunda hər hansı bir insanın ölümünə
səbəb olacaq infeksiya yoxdur.
Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və
Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Bakıda 2
yaşlı körpənin dənizdə çimdikdən sonra ölməsi barədə yayılan
məlumatlara münasibət bildirərkən deyib.
Dənizdə çimdikdən sonra hər hansı bir uşağın xəstələnərək ölməsi
barədə məlumatlarının olmadığını deyən A.Əliyeva bildirib ki, dəniz
suyunda uşağın ölümünə səbəb olacaq infeksiya yoxdur: “Əgər bu
səbəbdən belə bir hadisə olsaydı, bizim bundan mütləq məlumatımız
olardı. Ola bilər ki, bu, ara sözüdür. Ancaq hər hansı məsələ tam
aydınlaşdırılmalı, ondan sonra bunun səbəbi müəyyənləşdirilməlidir.
O da nəzərə alınmalıdır ki, dənizin bütün zonalarında çirklənmə
yoxdur”.
Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov isə Trend-ə bildirib ki,
uşağın ölümünün dəniz suyunun təsirindən baş verməsini
aydınlaşdırmaq üçün ilk növbədə uşağın dənizin hamnsı hissəsində
çimdiyi konkret ünvanla açıqlanmalıdır.
Z.Kazımov deyib ki, Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ
rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində bu il də
mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Sumqayıt, Qaradağ
rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx”
çimərliklərində vətəndaşların çimməsi qadağan edilib. Laborator
analizlərin nəticələrinə görə, qalan ərazilər yay mövsümü ilə
əlaqədar çimərlik kimi istifadəyə yararlıdır: “Ancaq valideyn
konkret olaraq deməlidir ki, uşaq hansı ərazidə çimib. Bu məsələ
araşdırılmalıdır. Dəniz suyunda elə bir virus yoxdur ki, o, dəniz
suyundan uşağa keçsin və uşaq da rəhmətə getsin”.
Z.Kazımovun sözlərinə görə, hətta çimrəlik hesab olunmayan
ərazilərdəki dənuz suyunda belə insanın ölümünə gətirib çıxara
bilən infeksiya yoxdur.
Xatırladaq ki, xəbər saytlarının yazdığlı məlumata görə, Bakıda 2 yaşlı Həsən Abdulmüslümov dənizdə çimdikdən sonra qusmağa başlayıb və temperaturu yüksəlib və nəticədə dünyasını dəyişib. Uşağın dayısıRüfət Quliyev uşağın sağlam olduğunu, onun qısa bir müddət ərzində dünyasını dəyişdiyini söyləyib.
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 14 yaşlı Fərhanın FOTOSU