“İçərişəhər”ə gedən qatarların hərəkəti bərpa edildi - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

“İçərişəhər”ə gedən qatarların hərəkəti bərpa edildi - YENİLƏNİB

"Bakı Metropoliteni" QSC-nin “Sahil” və “İçərişəhər” stansiyalarında hərəkət bərpa edilib.

Bu barədə Publika.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Məlumatda qeyd olunub ki, "Sahil" metro stansiyasının tunelində axma sularında artım səbəbindən “Həzi Aslanov” - “İçərişəhər” xətti 1 saat 20 dəqiqə bağlı qalıb.

17:49

Bakı Metropolitenində “Həzi Aslanov” stansiyasından “İçərişəhər”stasiyası istiqamətinə gedən qatarların hərəkəti dayandırılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a verdiyi məlumata görə, hərəkətin dayandırılmasına səbəb metroda olan su axıntısında artımın müşahidə olunmasıdır:

“Sahil" stansiyasının yaxınlığında metroda axan su axıntısında nisbətən artma müşahidə olunub. Hər hansı problemin yaşanmaması üçün xəttdən gərginlik çıxarılıb. Qatarların hərəkəti dayandırılıb. “Həzi Aslanov” metrostansiyasından “İçərişəhər”ə gedən qatarlar “Nizami” metrosuna keçir və oradan geri qayıdırlar. “Dərnəgül” stansiyası istiqamətində gedən qatarlar isə normal hərəkətini davam etdirir”.

N. Paşayevin sözlərinə görə, qısa müddətdə metroda qatarların hərəkəti bərpa olunacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm