Zakir Həsənov türkiyəli generalı qəbul edib
Bizi izləyin

Qırmızı.az

Zakir Həsənov türkiyəli generalı qəbul edib

Avqustun 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fəaliyyət müddəti başa çatan Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil olunduğu, regiondakı hərbi-siyasi vəziyyət, hərbi-təhsil məsələləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi, ikitərəfli əməkdaşlıq məsələlərinin əhəmiyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı Müdafiə naziri general-polkovnik Z.Həsənov Hasan Nevzat Taşdeleri növbəti hərbi rütbə alması münasibətilə təbrik edərək onu "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm