“Ruhlar şəhərinin sakinləri” təqdim olundu - FOTO
Bizi izləyin

Qırmızı.az

“Ruhlar şəhərinin sakinləri” təqdim olundu - FOTO

Ağdamın Quzanlı qəsəbəsindəki mədəniyyət evində “Dini və mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) Publika.az-a verilən məlumata görə, tədbirdə “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, Əməkdar jurnalist Bəxtiyar Sadıqovun ssenarisi əsasında hazırlanan “Ruhlar şəhərinin sakinləri” filminin təqdimatı olub. Filmin ssenari müəllifi Bəxtiyar Sadıqov çıxışında deyib ki, 20 dəqiqəlik ekran əsəri hazırda “Ruhlar şəhəri” adlanan Ağdama, Qarabağ ağrı-acılarına, faciələrinə həsr olunub. Filmdə şərti olaraq dörd surət var. Bunlar Ağdam şəhərini tərk etməyən ruhların, Ağdamdan kənarda doğulan uşaqların, doğma yurd-yuvalarına qayıtmaq ümidi ilə yaşayan qocaların, işğal altında olan torpaqlarımızı azad etmək əzmində olan əsgərlərin obrazlarıdır.

Film nümayişindən sonra Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək, xalqımızın əsrlər boyu formalaşdırdığı milli-mənəvi dəyərlərdən və onun qorunmasından, ölkəmizdə hökm sürən və bütün dünyaya nümunə olan tolerantlıq mühitindən danışıb. Tədbirdə çıxış edən DQİDK sədri Mübariz Qurbanlı Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərə qayıdışının sürətləndiyini vurğulayıb. Komitə sədri deyib ki, əgər dövlət müstəqilliyinin ilk illərində ölkədə 17 məscid var idisə, bu gün onların sayı 2050-yə çatıb. Məscidlərlə yanaşı, kilsə və sinaqoqlar da inşa olunur, təmir edilir. Dini icmalara maddi yardımlar göstərilir.

Komitə sədri bu gün dünyada din pərdəsi adı altında aparılan münaqişələrdən bəhs edərkən bildirib ki, əgər orta əsrlərdə müxtəlif dinlər arasında müharibələr aparılırdısa, bu gün İslam dini içərisində münaqişələr gedir. Ölkəmizdə belə qüvvələrin heç zaman məqsədlərinə çata bilməyəcəklərini vurğulayan Komitə sədri onların qarşısının qətiyyətlə alındığını, dini radikalizmə qarşı qanun çərçivəsində mübarizə aparıldığını deyib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm