Bacısı Nərmin Hüseyinliyə yığılan pulun aqibətindən danışdı
Bizi izləyin

Qırmızı.az

Bacısı Nərmin Hüseyinliyə yığılan pulun aqibətindən danışdı

Ötən gün Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişən 17 yaşlı Nərmin Hüseynli ilə bağlı aksiya keçiriləcəyi xəbərləri yayılmışdı. Nərminin bacısı Mehin Hüseyinli məsələyə aydınlıq gətirib.

Publika.az-ın məlumatına görə, Mehin Hüseynli öz Facebook hesabında bunları yazıb :

“Mən bacımın cənazəsini belə götürməmişəm, hələ siz mitinqdən, nə bilim nə zibildən yazırsızın! Necə insansız axı?! Mən o haldayam indi? Mənim bir tək anam var, günboyu düşünmüşəm ki, onu görəndə nə edəcəm. Özümü necə saxlayacam ki, ağlamayım, mənə baxıb güclü olsun. İndi də düşünürəm ki, bacımın cənazəsini görəndə necə dözəcəm, ya da onu özüm öz əllərimlə yuyanda özümü necə saxlayacam. Siz mitinq, pul dərdindəsiz!”



O, bacısı üçün yığılan pulların hara xərclənənəcəyi məsələsinə də aydınlıq gətirib:

“Pul barədə narahat olmayın, cənazə işləri həll ediləndən sonra bu barədə açıqlama verəcəm. Nərminin arzusunu deyəcəm yəni. Həkimlər, səhiyyə, filan isə öz yerində. Bu işdən də əl çəkən deyiləm! Bu qədər! İndiyə kimi hər türlü dəstək olanlar var olun!”


Qeyd edək ki, Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişən 17 yaşlı Nərmin Hüseynlinin cənazəsi dünən torpağa tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm