Abituriyentlərin nəzərinə! TQDK-dan xəbər var
Bizi izləyin

Qırmızı.az

Abituriyentlərin nəzərinə! TQDK-dan xəbər var

Bu gündən orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmuş abituriyentlərin daxil olduqları təhsil müəssisələrinə sənəd qəbulu başlayır.

Publika.az xəbər verir ki, qəbul olan abituriyentlərin siyahısı və müsabiqə nəticəsində formalaşan keçid balları avqustun bu gün “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunacaq.

Qəbul olanlar avqustun 12-dən 18-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsil müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə müsabiqənin nəticələrini avqustun 11-də elan edib. Abituriyentlər müsabiqənin nəticələrini TQDK-nın internet səhifəsindən və ya mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Müsabiqənin nəticələrinə əsasən, boş qalan 2202 plan yerinin müsabiqəsində iştirak etmək üçün 3171 abituriyent ərizə təqdim edib. Onlardan 1796 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm