Bakı-Sumqayıt yolunda sərnişin avtobusu qəza törətdi - FOTO
Bizi izləyin

Qırmızı.az

Bakı-Sumqayıt yolunda sərnişin avtobusu qəza törətdi - FOTO

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda iki ərazidə yol qəzası olub

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda iki ərazidə yol qəzası olub.

Qəzalardan biri Saray qəsəbəsi ərazisində baş verib.



Saray qəsəbəsindən şəhər istiqamətinə hərəkət edən “Mercedes” markalı iki minik maşını toqquşub. Qəza zamanı 50 BZ 779 dövlət nömrə nişanlı avtomobillə 10 TY 090 dövlət nömrə nişanlı maşın toqquşub. Qəza zamanı sürücülər yüngül xəsarət alıblar. Avtomobillərə ciddi ziyan dəyib.



Digər hadisə isə Masazır ərazisində, Masazır gölü ərazisində baş verib. Həmin ərazidə iki minik maşını ilə sərnişin avtobusu toqquşub. Qəza zamanı sərnişin avtobusundakı sərnişinlər yüngül yaralanıblar. Həmin avtobus Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olub.



Qeyd edək ki, hər iki qəzaya yüksək sürət səbəb olub./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm