Qırmızı.az
Əli Abbasov Çilidə prezidentlə görüşüb
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov martın 10-11-də Çilidə səfərdə olub.
Publika.Az-ın məlumatına görə, nazir Çili Respublikasında prezident mandatının cənab Sebastian Pinera Eçenikedən yeni seçilmiş prezident xanım Mişel Baçeletə keçməsi mərasimində Azərbaycan Respublikası hökuməti adından iştirak etmək məqsədilə bu ölkəyə səfər edib.
Səfərin birinci günü nazir Əli Abbasov mandatını başa vurmaqda olan prezident cənab Sebastian Pinera və onun hökumətindəki xarici işlər naziri cənab Alfredo Morenonun adından təşkil olunmuş rəsmi tədbir və qəbullarda iştirak edib.
11 mart tarixində isə yeni prezident Mişel Baçelet və onun hökumət üzvlərinin andiçmə mərasimində iştirak edən nazir Çilinin dövlət başçısına prezident İlham Əliyevin ən xoş arzularını və səmimi təbriklərini çatdırıb. Səfər çərçivəsində son olaraq nazir Çilinin yeni daxili işlər naziri cənab Rodriqo Penailillonun adından xarici nümayəndə heyətləri başçılarının şərəfinə təşkil olunmuş rəsmi qəbulda da iştirak edib.
Publika.Az
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin